Məleykə Abbaszadə: “TQDK yeni qəbul kampaniyasına başlamağa hazırlaşır”

Məleykə Abbaszadə: “TQDK yeni qəbul kampaniyasına başlamağa hazırlaşır”
# 17 sentyabr 2015 10:27 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu TQDK sədri Məleykə Abbaszadə deyib.

O, bildirib ki, cari ildə keçirilən müxtəlif təyinatlı imtahanlarda ümumilikdə 600 mindən artıq şəxs iştirak edib: “Bu çox böyük rəqəmdir”.

M. Abbaszadə qeyd edib ki, artıq TQDK yeni qəbul kampaniyasına başlamağa hazırlaşır: “Komissiya son 6 ay ərzində vətəndaşlara təqdim etdiyi elektron xidmətlər istifadəçi sayına görə daim birinci yerdə olub.

Cari ilin avqust ayına kimi TQDK-nın təqdim etdiyi 15 elektron xidmət növündən 4 167 385 dəfə istifadə olunub ki, bu da bir təşkilat üzrə yüksək göstəricidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR