Meksika səfiri Qəbələyə səfər edib

Meksika səfiri Qəbələyə səfər edib
# 23 may 2016 10:03 (UTC +04:00)

Qəbələ. Elvin Yaqubov - APA. Meksika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı səfiri Xuan Rodrigo Labardini Flores tanışlıq məqsədilə Qəbələ rayonuna səfər edib.

APA-nın yerli bürosunun xəbərinə görə, qonağı qarşılayan Qəbələ rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev ona rayonun tarixi, iqtisadi vəziyyəti, sosial və mədəni həyatı barədə ətraflı məlumat verib. Səfir hər iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi və güclü tərəfdaşlıq əlaqələrinin qurulması üçün yaxşı imkanların mövcud olduğunu söyləyib. O, ölkələr arasında əməkdaşlığın potensialı, eləcə də mədəniyyət, mətbəx, qarşılıqlı tanıma və yaxınlaşmaya xidmət edən sahələr arasındakı oxşarlıqlardan söz açıb, Azərbaycanın öz qonaqpərvərliyi ilə bütün dünyada tanındığını vurğulayıb.

Görüşdə ikitərəfli münasibətlərin müxtəlif aspektləri və bir sıra sahələrdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Daha sonra səfir Heydər Əliyev Mərkəzi, Tarix-Diyarşünaslıq Muzeyi, Qəbələ konserv zavodu, eləcə də rayonun sənaye müəssisələri və turizm sektoru ilə yaxından tanış olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR