Qazaxda səyyar xidmət zamanı 189 nəfərə yeni şəxsiyyət vəsiqələri verilib

Qazaxda səyyar xidmət zamanı 189 nəfərə yeni şəxsiyyət vəsiqələri verilib
# 07 dekabr 2015 09:55 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Qazaxda səyyar xidmət zamanı 189 nəfərə yeni şəxsiyyət vəsiqələri təqdim olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazirliyin rəhbərliyinin tapşırığına əsasən, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü ilə ölkəmizin paytaxtında, digər şəhər və rayonlarında şəxsiyyət vəsiqələrinin verilməsi, etibarlıq müddəti bitmiş sənədlərin yeniləri ilə dəyişdirilməsi üzrə səyyar xidmətlər keçirilir.

İşin səmərəliyinin daha da artırılması və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi daşıyan növbəti belə tədbir Qazax Rayon Polis Şöbəsinin müvafiq qurum əməkdaşlarının iştirakı ilə rayonun Kəmərli kəndində baş tutub.

Səyyar xidmət zamanı ümumilikdə 189 nəfərə yeni şəxsiyyət vəsiqələri təqdim olunub.

Vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin edilməsi məqsədilə mütəmadi şəkildə təşkil olunan belə tədbirlər respublikamızın digər bölgələrində də davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR