Türkiyədə PKK terrorçularının hücumu nəticəsində 1 dinc sakin ölüb, 2-si yaralanıb

Türkiyədə PKK terrorçularının hücumu nəticəsində 1 dinc sakin ölüb, 2-si yaralanıb
# 24 iyul 2016 21:17 (UTC +04:00)

Bakı-APA. Türkiyədə PKK terror qruplaşması mənsublarının açdığı atəş nəticəsində bir mülki vətəndaş ölüb, 2-si yaralanıb.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, Van vilayətində terrorçular qumbaraatan və avtomat silahlardan hərbi maşını atəşə tutub.

Hərbçilərə zərər dəyməsə də, ərazidən keçən 3 mülki vətəndaş yaralanıb. Onlardan 1-i xəstəxanada dünyasını dəyişib.

Bölgədə terrorçuların zərərsizləşdirilməsi üçün əməliyyata başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR