SOCAR koks istehsalı üzrə qurğunu təmirdən sonra istismara verib

SOCAR koks istehsalı üzrə qurğunu təmirdən sonra istismara verib
# 13 aprel 2016 11:39 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Qış mövsümündə istismarı dayandırılmış Heydər Əliyev adına neft emalı zavodunun koks istehsalı üzrə 43 nömrəli qurğu təmir işlərindən sonra istismara verilib.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, həmin dövrdə qurğunun məşəl qülləsinə gedən 500 mm-lik boru xəttinin 280 metrlik hissəsi, 200 metr uzunluğunda 200 mm-lik kimyəvi təmizlənmiş su xətti, həmçinin R-301/3 reaktorunun içərisində bimetal örtüyün 20 kvadratmetrlik yararsız hissəsi dəyişdirilmiş, istehsalat sahəsinin 200 metr uzunluğunda 100 mm-lik işlənmiş buxar xətti yenisi ilə əvəz olunub.

Bundan əlavə, qurğuda alınan qazın MEA məhlulu ilə təmizlənməsi sxemi üzrə avadanlıqlar quraşdırılmış və boru xətləri çəkilmiş, qurğunun SS-301/1 və SS-307/2 benzin soyuducularının boru dəstləri təmizlənmiş və digər zəruri təmir işləri aparılmışdır. Təmir işləri zavodun 13 nömrəli təmir-quraşdırma sahəsinin əməkçiləri tərəfindən həyata keçirilib. 43 nömrəli koks qurğusu hazırda 2 axınla normal rejimdə istismar olunur. Gün ərzində qurğuda istehsal olunan 700-800 ton koks dəmir yolu vasitəsilə aidiyyatı üzrə daşınır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR