Nizami Qocayev işdən çıxarılıb

Nizami Qocayev işdən çıxarılıb
# 02 mart 2016 14:18 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. İsmayıllı rayon Polis Şöbəsinin rəisi işdən çıxarılıb.

APA-nın məlumatına görə, şöbənin rəisi Nizami Qocayev xidmətdə olmanın son yaş həddi ilə bağlı tutduğu vəzifədən kənarlaşdırılıb.

Rayon Polis Şöbəsindən APA-ya N. Qocayevin işdən çıxarılması xəbərini təsdiqləyiblər.

Bildirilib ki, şöbənin rəisi vəzifəsini hazırda rəis müavini Şöhrət Kərimov icra edir.

APA-nın əldə etdiyi məlumata görə, N. Qocayev başqa vəzifəyə təyinat alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR