Azərbaycan neft hasilatını 1,5%, qaz hasilatı 8% azaldıb

Azərbaycan neft hasilatını 1,5%, qaz hasilatı 8% azaldıb
# 15 aprel 2016 13:30 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 4,4 mlrd. manat olmaqla əvvəlki ilin yanvar-mart aylarına nisbətən 1,2% azalıb.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, sahənin əsas məhsulu olan xam neftin hasilatı 10,5 mln. ton, əmtəəlik təbii qazın hasilatı isə 4,8 mlrd. kubmetr təşkil edib.

Bu ilin 3 ayı ərzində ölkədə 10 520,2 min ton xam neft (qaz kondensatı daxil olmaqla) istehsal olunub. Bu, 2015-ci ilin yanvar-mart aylarına nisbətən 1,5% azdır. Nəticədə bu ilin aprelin 1-ə 315 min ton hazır məhsul ehtiyatı yaranıb. Bunun 10 506,2 min tonu əmtəəlik xam neftdir ki, bu da daha əvvəlki illə müqayisədə 1,5% azdır.

Bu ilin yanvar-mart ayları ərzində ölkədə 7 556,8 mln kubmetr təbii qaz istehsal olunub. Bu, 2015-ci ilin yanvar-mart aylarının göstəriciləri ilə müqayisədə 2,0% çoxdur. Nəticədə bu ilin aprelin 1-ə 954,6 min kubmetr hazır məhsul ehtiyatı yaranıb. Bunun da 4 838,9 mln. kubmetr əmtəəlik təbii qazdır ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7,9% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR