"Azər-Türk Bank" aktivlərini 4,3 dəfə artırıb

"Azər-Türk Bank" aktivlərini 4,3 dəfə artırıb
# 16 noyabr 2015 11:11 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “Azər-Türk Bank”ın aktivlərinin həcmi 2015-ci ilin III rübündə 419,006 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 4,31 dəfə çoxdur.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 4,26 dəfə artaraq 291,031 mln. manat olub.

O cümlədən, istehlak kreditlərinin həcmi 25,902 mln. manat təşkil edib ki, bu da 2014-cü ilin oktyabrın 1-nə olan göstəriciyə nisbətən 31,21% azdır.

Bankın ipoteka kreditlərinin həcmi 1,851 mln. manat olub ki, bu da keçən ilin analoji dövrü ilə müqayisədə 3,45% azdır və kreditlərin 974 min manatı ipoteka fondunun xətti ilə verilən kreditlərin payına düşür. Bununla yanaşı, bankın kredit portfelinin strukturunda vaxtı keçmiş kreditlərin həcmi keçən ilin analoji dövrü ilə müqayisədə təxminən 44,64% artaraq 8,426 mln. manat olub.

Bankın depozit portfeli 2015-ci ilin III rübünə 7,81 dəfə artaraq 305,420 mln. manata çatıb. Əhalinin əmanətlərinin həcmi isə 76,301 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 3,27% çoxdur.

Bir il ərzində bankın məcmu kapitalı 3,15 dəfə artaraq 54,902 mln. manata çatdığı halda, nizamnamə kapitalı 3,72 dəfə artaraq 50 mln. manat təşkil edib.

Bankın gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 30,29% artaraq 17,719 mln. manat, xərcləri isə 20,34% artaraq 14,528 mln. manat olub.

Cari ilin doqquz ayını bank 235,56 min manat zərərlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR