ABŞ-da qatarla avtomobil toqquşub, 4 nəfər ölüb

ABŞ-da qatarla avtomobil toqquşub, 4 nəfər ölüb
# 08 avqust 2016 03:19 (UTC +04:00)

Bakı - APA. ABŞ-ın Oklahoma ştatında sərnişin qatarı avtomobillə toqquşub.


APA-nın “ABC News”-a istinadən verdiyi məlumata görə, incident Poto şəhəri yaxınlığında qeydə alınıb.


Qəza nəticəsində avtomobildə olan 4 nəfər ölüb, onlardan 3-ü uşaqdır. Bir nəfərin yaralandığı bildirilir. Qatarda olan sərnişinlərdən heç biri xəsarət almayıb.


İlkin versiyaya əsasən, avtomobilin sürücüsü dəmiryol xəttini keçməyə çatdıra bilməyib və qəza baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR