Prokuror “Avropa” hotelində baş vermiş qətldə təqsirləndirilən şəxsə ömürlük cəza istəyib

Prokuror “Avropa” hotelində baş vermiş qətldə təqsirləndirilən şəxsə ömürlük cəza istəyib
# 01 dekabr 2015 13:53 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Avropa” hotelində qətl hadisəsi törətməkdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, iclasda dövlət ittihamçısı çıxış edib. O, çıxışında Sənan Quliyevin ömürlük, Mövlüd Sədərovun isə 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Məhkəmə prosesi dekabrın 8-də davam etdiriləcək.

Qeyd edək ki, bu il aprelin 21-də hotelin nəzdində yerləşən idman zalında münaqişə zəminində Bakı şəhər sakinləri, 1985-ci il təvəllüdlü Azər Aydın oğlu Məmmədov ürək nahiyəsindən bir bıçaq xəsarəti və 1971-ci il təvəllüdlü Ruslan Zakir oğlu Əfəndiyev döş qəfəsinin ön səthinin sol tərəfindən kəsilmiş 2 bıçaq xəsarəti alıb. A. Məmmədov aldığı bıçaq xəsarətdən hadisə yerində ölüb, R. Əfəndiyev isə xəstəxanaya yerləşdirilib və həkimlərin səyi nəticəsində həyatını xilas etmək mümkün olub. Hadisəni törədən Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Sənan Təvəkkül oğlu Quliyev və onun dostu Mövlud Səfərov tutulub.

S. Quliyev Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 221-ci (xuliqanlıq), M. Səfərov isə 221-ci maddə üzrə təqsirləndirilir.

Onu da qeyd edək ki, öldürülən A. Məmmədov “Zaminbank”ın Nəsimi filialının müdiri vəzifəsində işləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR