Məhkəmə dövlət agentliyinin Bakı şəhər İcra Hakimiyyətinə qarşı şikayətini təmin edib

Məhkəmə dövlət agentliyinin Bakı şəhər İcra Hakimiyyətinə qarşı şikayətini təmin edib
# 20 aprel 2016 08:39 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi Bakı şəhər İcra Hakimiyyətini məhkəməyə verib.


APA-nın məlumatına görə, agentlik 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsinə müraciət edib. İddia ərizəsində istifadə hüququ ilə asfalt-beton qurğusu layihələndirilməsi və tikintisi üçün “Azəri” MMC-nin istifadəsinə verilmiş dövlətə məxsus 2,98 ha torpaq sahəsinə dair Bakı şəhər İcra Hakimiyyəti başçısının 22 fevral 1993-cü il tarixli sərəncamının ləğv edilməsi istənilib. Lakin məhkəmə iddianı qeyri-mümkün hesab edib. İş üzrə üçüncü şəxs qismində “Azəri” MMC göstərilib.

Həmin qərarla razılaşmayan agentlik isə apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi isə birinci instansiya məhkəməsinin qərarını ləğv edərək işi yenidən birinci insatansiya məhkəməsinə qaytarıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR