"PAŞA Sığorta" katastrofik risklərdən məsuliyyətini sığortalayıb

"PAŞA Sığorta" katastrofik risklərdən məsuliyyətini sığortalayıb
# 22 dekabr 2015 11:55 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “PAŞA Sığorta” şirkəti 30 000 000 məbləğinə müqavilələr üzrə katastrofik risklərdən məsuliyyətini sığortalayıb.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, “PAŞA Sığorta” sığortaladığı risklərin bir hissəsini üzərində saxlayır: “Bu məbləğlər sonda cəmiyyətin məcmu riskini təşkil edir. Bu səbəbdən PAŞA Sığorta şirkəti xarici təkrarsığorta şirkətlərindən olan Hannover Re, SCOR, Trust Re, Polish Re və yerli Az Re şirkətində 30 000 000 manat məbləğinə müqavilələr üzrə məsuliyyətini sığortalayıb. Bu o deməkdir ki, Azərbaycan Respublikasının xüsusi olaraq təhlükəli olan zəlzələ və daşqın riskləri zamanı baş verən kütləvi zərərlər zamanı sığorta şirkətinə dəyə biləcək zərərin bir hissəsi yuxarıda qeydolunan təkrarsığorta şirkətləri tərəfindən qarşılana biləcək. Bu ənənəvi təkrarsığorta mexanizmi katastrofik risklər zamanı baş verən zərərlərin ümumi akkumulyasiyası nəticəsində yaranan böyük zərərə qarşı şirkətin maliyyə sabitliyini təmin edəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR