Yenilənmiş dövlət büdcəsində gömrük daxilolmalarının həcmi 14% artırılıb

Yenilənmiş dövlət büdcəsində gömrük daxilolmalarının həcmi 14% artırılıb
# 17 fevral 2016 11:02 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 2016-cı ildə dövlət büdcəsi gəlirlərinin 1 mlrd. 810 mln. manatı və ya 10,7%-i Gömrük Komitəsinin xətti ilə daxilolmaların payına düşəcək. "APA-Economics" xəbər verir ki, bu, "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında" qanunda dəyişikliklər layihəsində öz əksini tapıb.

Bu, təsdiq olunmuş büdcədə nəzərdə tutulduğundan 220 mln. manat və ya 13,8% çoxdur.

Dövlət büdcəsinə təsdiq olunmuş proqnoza nisbətən əlavə dəyər vergisi üzrə 180 mln. manat və ya 16,1% çox, gömrük rüsumları üzrə 40 mln. manat və ya 11,5% çox vəsait nəzərdə tutulur. Artımın səbəbi Vergilər Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən 2016-cı ilin yanvarın 1-dən bir qrup malların idxalına əlavə dəyər vergisi üzrə güzəştlərin ləğv olunması və manatın xarici valyutalara olan yeni məzənnəsinin təsirinin nəzərə alınmasıdır.

Xatırladaq ki, 2016-cı ilin təsdiqlənmiş dövlət büdcəsində Dövlət Gömrük Komitəsinin xətti ilə təmin edilən daxilolmaların dövlət büdcəsində xüsusi çəkisi 10,9% olmaqla, 1,590 mlrd. manat proqnozlaşdırılmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR