BP-nin gəlirləri 91% azalıb

BP-nin gəlirləri 91% azalıb
# 02 fevral 2016 10:03 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Ötən ilin IV rübündə BP şirkətinin gəlirləri 91% azalıb. "APA-Economics" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, buna dünya bazarında neftin orta qiymətinin 10 illik minimumu yeniləməsi səbəb olub.

Şirkətin gəlirləri təxminən 196 mln. ABŞ dolları olub. Bir il öncə şirkətin gəlirləri 2,24 mlrd. dollara çatıb.

Agentlik onu da xatırladır ki, BP neft bazarındakı qeyri-stabilik səbəbindən 4 min işçisini ixtisar edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR