Bakıda ərinin evindən oğurluq edən qadın və tanışı saxlanılıb

Bakıda ərinin evindən oğurluq edən qadın və tanışı saxlanılıb
# 06 avqust 2016 12:15 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda həyat yoldaşının evindən oğurluq edən qadın və tanışı saxlanılıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2011-ci il dekabrın 31-də paytaxtın Xətai rayonunda yaşayan Zəfər Quliyevin mənzilindən 75 min manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən həyat yoldaşı Elnurə Quliyeva və tanışı Sahilə Atamova bu ilin iyulun 30-da saxlanılaraq Xətai RPİ-yə təhvil veriliblər.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR