Bakı - APA. Sentyabrın 17-də Sabirabadda Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirilib.
APA-nın məlumatına görə, dövlət başçısı müşavirədə giriş nitqi söyləyib.
Sonra Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov, Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, “MKT İstehsalat Kommersiya” MMC-nin baş direktorunun müavini Bəhruz Camalov, Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev, “ÇTS Aqro” MMC-nin baş direktor əvəzi Arif İbrahimov, Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev çıxış ediblər.
Prezident İlham Əliyev müşavirəyə yekun vurub.
***
saat 11.04
Bakı - APA. Sabirabadda Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirilir.
APA-nın məlumatına görə, dövlət başçısı müşavirədə nitq söyləyir.