"Azərbaycan Dəmir Yolları" Rusiya şirkəti ilə birgə müəssisə yaradıb

"Azərbaycan Dəmir Yolları" Rusiya şirkəti ilə birgə müəssisə yaradıb
# 10 oktyabr 2016 07:05 (UTC +04:00)

Bakı - APA-Economics. Rusiyanın "Rusaqrotrans" "Azərbaycan Dəmir Yolları" QSC ilə "Azrustrans" adlı birgə müəssisə yaradıb.

"APA-Economics" "Vedomosti" qəzetinə istinadən xəbər verir ki, bu gün birgə müəssisənin təqdimatı keçiriləcək.

Şirkət sentyabr ayının əvvəlində Vergilər Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb. Müəssisənin 51%-i "Azərbaycan Dəmir Yolları" QSC-yə, 49%-i isə "Rusaqrotrans"a məxsusdur. Şirkətin baş direktoru Cavid Quliyevdir.

Şirkət taxıl daşımaları ilə məşğul olacaq. İlkin mərhələdə müəssisə taxıl daşıyan vaqonları səhmdarlarından icarəyə götürəcək, sonrakı mərhələdə isə öz parkını yaradacaq. Hesablamalara görə, şirkət 2500-3000 vaqon almaq niyyətindədir.

Şirkət Türkiyə və İrana taxıl tranzitini həyata keçirəcək. Bunu nəzərə alaraq səhmdarlar Azərbaycan-İran sərhədində 30 min ton taxıl saxlamaq iqtidarında olan terminal tikmək niyyətindədir. Sonrakı mərhələdə terminalın imkanları genişləndirilə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR