Rusiya XİN Gürcüstanla vizasız rejimin tətbiq olunmasını istisna etmir

Rusiya XİN Gürcüstanla vizasız rejimin tətbiq olunmasını istisna etmir
# 22 dekabr 2015 15:16 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Rusiya Gürcüstanla qarşılıqlı əsasda vizasız rejimin tətbiq olunacağsını istisna etmir.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu bəyanatla Rusiya Xarici İşlər Nazirliyi çıxış edib.

"Rusiya tərəfi iki ölkənin vətəndaşlarının əlaqələrinin sadələşdirilməsi istiqamətində addımlar atmağa niyyətlidir və qarşılıqlı əsasda vizasız rejimin tətbiq olunmasını istisna etmir", - deyə bəyanatda bildirilib.

Qeyd edək ki, hal-hazırda Rusiya vətəndaşları Gürcüstana vizasız səyahət edə bilirlər, lakin Gürcüstan vətəndaşları Rusiyaya viza ilə daxil olur.

Rusiya prezidenti Vladimir Putin dekabrın 17-də keçirdiyi böyük mətbuat konfransında Gürcüstan vətəndaşları üçün viza rejimini ləğv etməyə hazır olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR