Ötən il DSMF-nin Mərkəzi Çağrı Sistemi 147 mindən çox müraciəti cavablandırıb

Ötən il DSMF-nin Mərkəzi Çağrı Sistemi 147 mindən çox müraciəti cavablandırıb
# 25 yanvar 2016 08:53 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. 2015-ci ili ərzində Dövlət Sosial Müdafiə Fondunun 190 - “Mərkəzi Çağrı Sistemi” tərəfindən 147 027 müraciət cavablandırılıb.

Fondun ictimaiyyətlə əlaqələr sektorundan “APA-Economics”ə verilən məlumata görə, müraciətlərin 21 345-i elektron xidmətlər, 6 818-i fərdi uçot, 21 364-ü əmək pensiyaları, 17 644-ü məcburi dövlət sosial sığorta haqqı məsələlərini əhatə edib.

17 740 müraciət isə pensiyaların avtomatlaşdırılmış təyinatı ilə bağlı olub. Belə ki, 190 - “Mərkəzi Çağrı Sistemi” vasitəsilə avtomatlaşdırılmış pensiya təyinatı sayəsində pensiya yaşına çatmış vətəndaşa 190-a zəng etməklə və yalnız şəxsiyyət vəsiqəsinin nömrəsini təqdim etməklə real vaxt çərçivəsində pensiya təyin edilməsi həyata keçirilir.

Vətəndaş pensiyasının məbləği, plastik pensiya kartını alacağı bank şöbəsinin ünvanı haqqında məlumatı dərhal əldə edir. Bütün proses cəmi bir neçə dəqiqə vaxt aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR