MDB-nin icraçı katibi: "Ümid edirik ki, Azərbaycan və Ermənistan iradə göstərərək qan tökülməsini dayandıracaq"

MDB-nin icraçı katibi: "Ümid edirik ki, Azərbaycan və Ermənistan iradə göstərərək qan tökülməsini dayandıracaq"
# 04 aprel 2016 09:52 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. “Dağlıq Qarabağda vəziyyətin gərginləşməsi və qanlı qarşıdurma Müstəqil Dövlətlər Birliyi ölkələrində böyük həyəcana qarşılanıb”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında MDB-nin icraçı katibi Sergey Lebedev bildirib.

"MDB-də hamımız, Azərbaycan və Ermənistanın dostu və tərəfdaşları ümid edirik ki, hər iki tərəf iradə göstərərək qan tökülməsini dayandıracaq, hər iki ölkənin xalqlarının maraqlarına uyğun tezliklə sülh dialoqunun bərpası üçün imkan tapacaq", - deyə o qeyd edib.



Lebedev bildirib ki, bəzi MDB ölkələrinin prezidentləri və xarici işlər nazirləri artıq azərbaycanlı və erməni tərəfdaşlarına hərbi əməliyyatların dərhal dayandırılması və münaqişənin sülh yolu ilə həllinin axtarış yollarının bərpası üçün müraciət ediblər: "Gənc azərbaycanlı və ermənilər həlak olurlar, minlərlə insan əziyyət çəkir, hər iki ölkəyə böyük ziyan dəyir. Bütün bunlar sülhə qayıtmaq üçün bünövrəni ciddi zədələyir".

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR