Nazir müavini: "Bu ilin sonunadək istifadəsiz torpaqlar haqqında məlumatlar hökumətə təqdim ediləcək"

Nazir müavini: "Bu ilin sonunadək istifadəsiz torpaqlar haqqında məlumatlar hökumətə təqdim ediləcək"
# 18 may 2016 10:47 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Kənd Təsərrüfatı Nazirliyi bu ilin sonuna kimi ölkə ərazisində istifadəsiz torpaqlar haqqında məlumatları hökumətə təqdim edəcək.

"APA-Economics" xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev bu gün keçirdiyi mətbuat konfransında bildirib.

"Ölkəmizin qızıl ehtiyatı olan torpaqlarımızın istifadəsiz qalmaması bizim əsas məqsədimizdir. Həmin torpaqlarda kənd təsərrüfatı istehsalçıları öz məhsullarını istehsal edə bilər. Bilirsiniz ki, yerlərdə Kənd Təsərrüfatı Nazirliyinin müvafiq idarələri yaradılıb. Həmin idarələrə tövsiyə olunub ki, istifadəsiz qalan torpaqların monitorinqini həyata keçirsinlər və nəticələri nazirliyə təqdim etsinlər. Hesab edirəm ki, ilin sonuna qədər biz ölkəmizdə istifadəsiz torpaqlar haqqında məlumatları hökumətə təqdim edəcəyik. Bununla əlaqədar müvafiq qanunvericilikdə nəzərdə tutulan tədbirlər həyata keçiriləcək", - deyə nazir müavini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR