Hacıqabulda yük maşını aşıb, ölən var - YENİLƏNİB

Hacıqabulda yük maşını aşıb, ölən var - <span style="color: red;">YENİLƏNİB
# 12 mart 2016 04:40 (UTC +04:00)

Hacıqabul. Əlibəy Zeynallı - APA. Hacıqabul rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə səhər saatlarında Bakı-Qazax magistralının 88-ci kilometrliyində, Hacıqabul rayonunun Qızılburun kəndi ərazisində qeydə alınıb.

Goranboy rayon sakini, 1986-cı il təvəllüdlü Ələkbərov Rövşən Əli oğlunun idarə etdiyi mişar daşı ilə yüklü olan qoşqulu “KamAZ” markalı, 22 BK 360 dövlət nömrə nişanlı avtomobil aşaraq dəmir səddə çırpılıb. Nəticədə avtomobildə olan sərnişin Goranboy rayon sakini, 1988-ci il təvəllüdlü Hüseynov Elvin Rabit oğlu hadisə yerində dünyasını dəyişib.

Avtomobildə sıxılmış vəziyyətdə qalmış sərnişinin meyitini FHN-in Hacıqabul Yanğından Mühafizə Xidmətinin xilasediciləri xüsusi avadanlığın köməyi ilə çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Qəza nəticəsində bir müddət yolda hərəkət məhdudlaşdırılıb.

Faktla bağlı BDYPİ-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR