Rusiya XİN rəhbərinin müavini: “Təyyarəmizin vurulması ilə bağlı NATO-dan obyektivlik gözləmirik”

Rusiya XİN rəhbərinin müavini: “Təyyarəmizin vurulması ilə bağlı NATO-dan obyektivlik gözləmirik”
# 25 noyabr 2015 09:14 (UTC +04:00)

Bakı - APA. “Rusiya Türkiyə tərəfindən Su-24 qırıcısının vurulması ilə bağlı NATO-nun obyektivlik nümayiş etdirəcəyini gözləmir”.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

S. Ryabkov indiki şəraitdə Rusiya hərbi qüvvələrini oxşar insidentlərdən qorumaq üçün kompleks tədbirlərin görülməsinin vacibliyini diqqətə çatdırıb: “Vəziyyət ciddi narahatlıq doğurur. Düşünürəm ki, bu məsələ ilə bağlı NATO-dan olan tərəfdaşlarımızdan obyektivlik gözləmək lazım deyil. Düşünülmüş şəkildə Türkiyənin mövqeyi müdafiə olunacaq”.

Xatırladaq ki, Rusiyaya məxsus Su-24 təyyarəsi dünən Türkiyənin F-16 təyyarəsi tərəfindən vurulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR