Səudiyyə Ərəbistanının Qətif şəhərində iki partlayış baş verib - YENİLƏNİB

Səudiyyə Ərəbistanının Qətif şəhərində iki partlayış baş verib - <span style="color: red;">YENİLƏNİB
# 05 iyul 2016 00:25 (UTC +04:00)

Bakı-APA. Səudiyyə Ərəbistanının şərqində, Qətif şəhərində məscid yaxınlığında partlayışı iki terrorçu-kamikadze törədib.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, insident iftar zamanı baş verib.

Terrorçuların üzərində olan partlayıcı qurğu naməlum səbəbdən vaxtından əvvəl işə düşüb. Hadisə nəticəsində məscidə və zəvvarlara ziyan dəyməyib.

Hadisə ilə bağlı hər hansı rəsmi məlumat hələ ki, verilməyib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının Mədinə şəhərində Peyğəmbər məscidi yaxınlığında terrorçu-kamikadzenin özünü partlatması nəticəsində 4 nəfər ölüb.

***

20:51

Bakı-APA. Səudiyyə Ərəbistanının şərqində, Qətif şəhərində məscid yaxınlığında güclü partlayış baş verib.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində ölənlərin olduğu bildirilir.

İlkin məlumata görə, terrorçu-kamikadze məsciddə özünü partladıb. İnsidentin digər təfərrüatları barədə hələlik məlumat verilmir.

Qeyd edək ki, ötən gün Ciddə şəhərində ABŞ-ın Səudiyyə Ərəbistanındakı konsulluğu qarşısında özünü partlatmaq istəyən terrorçu-kamikadze zərərsizləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR