İraq ordusu Hit şəhərini İŞİD silahlılarından azad edib

İraq ordusu Hit şəhərini İŞİD silahlılarından azad edib
# 21 aprel 2016 02:22 (UTC +04:00)

Bakı-APA. İraq təhlükəsizlik qüvvələri Ənbar əyalətində yerləşən Hit şəhərini İŞİD terror qruplaşmasının silahlılarından azad edib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bunu Pentaqonun nümayəndəsi, polkovnik Stiv Uorren bəyan edib.

“Şəhər təhlükəsizlik qüvvələri, ordu və könüllülər dəstələrinin birgə əməliyyatı nəticəsində azad olunub. Bundan əlavə, ötən həftə hökumət qüvvələri Fərat çayı vadisində terrorçuların bir neçə hücumunu dəf edib”, deyə S.Uorren bildirib bildirib.

Qeyd edək ki, 100 mindən çox əhalisi olan, strateji əhəmiyyətli Hit şəhəri 2014-cü ilin oktyabrında terrorçuların əlinə keçmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR