Çindən Azərbaycana 50 ədəd xüsusi təyinatlı nəqliyyat vasitəsi gətirilib

Çindən Azərbaycana 50 ədəd xüsusi təyinatlı nəqliyyat vasitəsi gətirilib
# 11 aprel 2016 09:43 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Çin Xalq Respublikası ilə Azərbaycan arasında imzalanmış texniki-iqtisadi əməkdaşlıq sazişləri çərçivəsində Çinin ayırdığı texniki yardım hesabına Azərbaycana 50 ədəd xüsusi təyinatlı nəqliyyat vasitəsi gətitilib.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun APA-yüa verdiyi məlumata görə, onların arasında məişət tullantıları daşıyan ortatutumlu, çirkab suları soran (assenizator), sudaşıyan, küçəsüpürən kommunal təyinatlı nəqliyyat vasitələri daxildir. Nəqliyyat vasitələri ”China Civil Engneering Construction Corporation” şirkətinin istehsalıdır. Bu gün Çindən Azərbaycana gətirilmiş nəqliyyat vasitəllərinə Biləcəri stansiyasında baxış keçirilib. Tədbirdə Nazirlər Kabinetinin, “Azərbaycan Dəmir Yolları” QSC-nin, “Azəravtoyol” Dövlət Şirkətinin və Çinin Azərbaycandakı səfirliyinin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edənlər Azərbaycanla Çin arasında qarşılıqlı əlaqələrin inkişaf etməsindən məmnun qaldıqlarını bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR