Rusiya XİN: “Moskva Orta Asiyanın “Türk axını” layihəsində iştirakını alqışlayardı”

Rusiya XİN: “Moskva Orta Asiyanın “Türk axını” layihəsində iştirakını alqışlayardı”
# 15 oktyabr 2015 22:51 (UTC +04:00)

Bakı-APA. Rusiya Orta Asiya ölkələrinin Cənubi Avropaya qaz tədarükünü nəzərdə tutan “Türk axını” Rusiya-Türkiyə layihəsində iştirakını alqışlayardı. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya XİN-in MDB ölkələri departamentinin direktoru Aleksandr Sternik bildirib.

“Orta Asiyanın maraqlı ölkələrinin bizim Ankara ilə birgə Cənubi Avropaya qaz tədarükü layihəsində iştirak etmələri üçün dəvət olunması enerji sahəsində əməkdaşlığın inkişafı üçün addım olardı”, deyə o bildirib.

Qeyd edək ki, “Türk axını” layihəsi Rusiya 63 mlrd kubmetr qazının Qara dənizin dibi ilə Türkiyəyə, oradan isə Cənubi Avropaya nəqlini nəzərdə tutur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR