"Maşın bazarı"nda baş verən yanğın zamanı 5 nəfər tüstüdən zəhərlənib

"Maşın bazarı"nda baş verən yanğın zamanı 5 nəfər tüstüdən zəhərlənib
# 01 iyul 2016 13:24 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Ötən gün "Maşın bazarı" adlanan ərazidə baş verən yanğın zamanı 5 nəfər tüstüdən zəhərlənib.

Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov APA-ya deyib ki, onlar təcili yardım briqadaları ilə xəstəxanaya gətirilib. Zərərçəkənlərin səhhətində ciddi problemlər olmayıb. Zəhərlənənlərə lazımi tibbi yardım göstəriləndən sonra evə buraxılıblar.

Qeyd edək ki, iyunun 30-da gecə Bakının Nizami rayonundakı “Maşın bazarı” adlanan ərazidə baş vermiş yanğın nəticəsində 930 kvadratmetr ərazi yanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR