Qətl və quldurluq cinayətlərinə görə axtarışda olan şəxs tutulub

Qətl və quldurluq cinayətlərinə görə axtarışda olan şəxs tutulub
# 13 oktyabr 2015 09:52 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Tərtərdə adam öldürmə və quldurluq cinayətlərinə görə axtarışda olan şəxs tutulub.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Tərtər rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) və 181-ci (quldurluq) maddələri ilə axtarışda olan Hasil Həsənov tutulub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR