Əfv sərəncamı Müalicə Müəssisəsində, 6 və 11 saylı cəzaçəkmə müəssisələrində icra olunub

Əfv sərəncamı Müalicə Müəssisəsində,  6 və 11 saylı cəzaçəkmə müəssisələrində icra olunub
# 29 dekabr 2015 10:48 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Azərbaycan prezidentinin dünən imzaladığı əfv sərəncamı Penitensiar xidmətin Müalicə Müəssisəsində, 6 və 11 saylı cəzaçəkmə müəssisələrində icra olunub.

APA-nın məlumatına görə, sərəncama əsasən, Müalicə Müəssisəsindən 3, 6 saylı cəzaçəkmə müəssisəsindən 24, 11 saylı cəzaçəkmə müəssisəsindən isə 3 nəfər azadlığa buraxılıb. 6 saylı Cəzaçəkmə Müəssisəsindən azadlığa buraxılanlar arasında Suriya və İngiltərə vətəndaşları da olub.

Qeyd edək ki, prezident İlham Əliyevin dekabrın 28-də imzaladığı sərəncam ümumilikdə 210 nəfərə şamil edilib.

Sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 198 nəfər cəzanın çəkilməmiş hissəsindən, 3 nəfər islah işləri, 9 nəfər isə cərimə cəzasından azad edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR