Bolqarıstan XİN: Rusiya Avropa ilə iqtisadi, NATO ilə hərbi yarışmada məğlub olub

Bolqarıstan XİN: Rusiya Avropa ilə iqtisadi, NATO ilə hərbi yarışmada məğlub olub
# 10 iyun 2016 04:50 (UTC +04:00)

Bakı-APA. Bolqarıstan XİN rəhbəri Daniel Mitov hesab edir ki, Rusiya Avropa ilə iqtisadi, NATO ilə isə hərbi yarışmada məğlub olub. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, Daniel Mitov bu sözləri ötən gün Rusiya-Avropa münasibətləri mövzusunda “dəyirmi masa”da çıxışı zamanı bildirib.

“Sovet İttifaqı süquta uğradıqdan bəri Rusiya fövqəl dövlət rolunu bərpa etməyə çalışır və bunun üçün apardığı fəal xarici siyasət ölkənin iqtisadi potensialına çox vaxt uyğun gəlmir. Lakin Rusiya artıq həm Avropa ilə iqtisadi yarışmanı uduzub, həm də NATO ilə hərbi rəqabətdə məğlub olub”, - deyə Mitov qeyd edib.

Bolqarıstan XİN rəhbəri qeyd edib ki, Mərkəzi və Şərqi Avropa Şərqin ambisiyalarının və Qərbin imkanlarının rəqabət arenasına çevrilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR