Lavrov: "Əsədin getməsi Suriya problemini həll etməyəcək"

Lavrov: "Əsədin getməsi Suriya problemini həll etməyəcək"
# 17 may 2016 16:20 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “Bəşər Əsədin getməsi Suriya problemini həll etməyəcək”.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov Suriyaya Beynəlxalq Dəstək Qrupunun Vyana görüşünün yekunu ilə bağlı deyib. O bildirib ki, Rusiya heç kəsi şəxsən dəstəkləmir: “Biz dövləti, bu suveren dövlətin hökumətinin xahişi ilə BMT-nin üzvünü dəstəkləyirik. BMT TŞ-nin qətnamələrində və digər sənədlərimizdə bu dövlətin suverenliyi, ərazi bütövlüyü və siyasi müstəqilliyinə hörmət etmək və bunu təmin etmək öhdəliyini üzərimizə götürmüşük. Əsəd gedən kimi hər şeyin düzələcəyi və bizim İŞİD, “Cəbhat-ən-Nüsra” və digər terror təşkilatlarına qalib gələcəyimizlə bağlı düşüncələr qəbuledilməzdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR