Dövlət Komissiyası vakant vəzifələrə qəbulla bağlı qeydə alınmış namizədlərə müraciət edib

Dövlət Komissiyası vakant vəzifələrə qəbulla bağlı qeydə alınmış namizədlərə müraciət edib
# 10 avqust 2016 15:24 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (DQMK) 12 və 17 iyul tarixlərdə elan etdiyi müsabiqələr üzrə qeydə alınmış namizədlərə müraciət edib. DQMK-dan APA-ya verilən məlumata görə, 9 avqust 2016-cı il tarixdə Azərbaycan prezidenti tərəfindən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə fərman qəbul edilib.

Bununla bağlı DQMK 12 və 17 iyul tarixlərdə elan etdiyi müsabiqələr üzrə qeydə alınmış namizədlərin nəzərinə çatdırır ki, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması 10 avqust 2016-cı il tarixə kimi qüvvədə olan qanunvericiliyə uyğun qaydada aparılacaq, test imtahanı zamanı namizədlərə təqdim olunan test tapşırıqları 10 avqust 2016-cı il tarixə kimi qüvvədə olan qanunvericiliyə uyğun olacaq.

Habelə dəyişikliklərə əsasən test imtahanından keçmək barədə sertifikatın formasının Nazirlər Kabineti tərəfindən iki ay müddətində müəyyən edilib Azərbaycan Respublikasının Prezidentinə məlumat verilməsi nəzərdə tutulduğundan bu müsabiqələrdə test imtahanı mərhələsindən uğurla keçən namizədlərə sertifikat verilməyəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR