FHN-in Apellyasiya Şurasının ilk iclası keçirilib

FHN-in Apellyasiya Şurasının ilk iclası keçirilib
# 15 fevral 2016 14:26 (UTC +04:00)

Bakı-APA. “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2016-cı il tarixli Fərmanına uyğun olaraq Fövqəladə Hallar Nazirliyində (FHN) yaradılmış Apellyasiya Şurasının bu gün ilk iclası keçirilib.

Bu barədə APA-ya FHN-in mətbuat xidmətindən bildirilib. İclasda təşkilati məsələlər, Apellyasiya Şurasının və Şuranın Katibliyinin fəaliyyətinin effektiv qurulması, sahibkarların müraciətlərinə baxılması işində səmərəliliyin təmin edilməsi ilə bağlı məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, qarşıda duran vəzifələr müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR