“Azərbaycan teatrı teatrşünaslıq və teatr tədqiqatları müstəvisində” mövzusunda konfrans keçirilib

“Azərbaycan teatrı teatrşünaslıq və teatr tədqiqatları müstəvisində” mövzusunda konfrans keçirilib
# 10 mart 2016 15:43 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Milli Teatr Günü münasibətilə Azərbaycan Teatr Xadimləri İttifaqında (TXİ) “Azərbaycan teatrı teatrşünaslıq və teatr tədqiqatları müstəvisində” mövzusunda elmi-praktiki konfrans keçirilib. APA-nın məlumatına görə, TXİ-nin sədri, xalq artisti Azərpaşa Nemətov bildirib ki, prezident İlham Əliyevin 2013-cü il 1 mart tarixli Sərəncamı ilə hər il martın 10-da Milli Teatr Günü qeyd edilir. Milli teatrımızın yaranması tarixindən, Azərbaycanda ilk teatr binasının tikilməsindən, habelə başçılıq etdiyi təşkilatın işindən və mədəniyyətimizin inkişafına dəyərli töhfələr vermiş böyük aktyorlardan söz açan A.Nemətov diqqətə çatdırıb ki, hazırda Azərbaycan teatrlarının aktyorları dünyanın müxtəlif ölkələrinə qastrol səfərlərinə gedirlər, beynəlxalq festivallarda iştirak edirlər.

Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bildirib ki, zəngin adət-ənənələri ilə seçilən Azərbaycan dünyaya görkəmli mədəniyyət xadimləri bəxş etmiş qədim ölkədir. O, qeyd edib ki, Azərbaycan teatrı böyük yaradıcılıq yolu keçib.

Sonra əməkdar incəsənət xadimi, sənətşünaslıq elmləri doktoru Məryəm Əlizadə “Beynəlxalq konfrans və festivalların milli teatr prosesinə təsiri”, sənətşünaslıq elmləri doktoru, professor İlham Rəhimli “Milli teatr tarixinin tədqiqat mərhələləri”, əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Aydın Talıbzadə “Dünya və Azərbaycan teatrı: problemlərin düyünləndiyi nöqtə” mövzularında məruzələrlə çıxış ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR