Tovuzda 60 yaşlı kişi qətlə yetirilib

Tovuzda 60 yaşlı kişi qətlə yetirilib
# 14 mart 2016 06:13 (UTC +04:00)

Tovuz. Azər Məmmədli – APA. Tovuzda qətl hadisəsi törədilib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə? ötən gecə rayonun Aşağı Quşçu kəndində kənd sakini, 1956-cı il təvəllüdlü Alıməmmədov Qulu Hümbət oğlunun üzərində zorakılıq əlaməti olan meyiti aşkarlanıb. İlkin ehtimala görə, o, bıçaqlanaraq qətlə yetirilib.


Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR