Biləsuvardakı sərhəd-keçid məntəqəsi “donuz qripi” ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib

Biləsuvardakı sərhəd-keçid məntəqəsi “donuz qripi” ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib
# 04 yanvar 2016 07:44 (UTC +04:00)

APA-nın cənub bürosunun məlumatına görə, buna səbəb Türkiyənin Adana əyalətində H1N1 virusuna (donuz qripi) yoluxduğu ehtimal olunan 3 nəfərin dünyasını dəyişməsidir.

Məntəqəyə xüsusi həkim briqadaları cəlb olunub. Türkiyəyə məxsus yük maşınları məntəqəyə daxil olarkən həkim briqadaları tərəfindən yoxlanılır və zəruri dezinfeksiya tədbirlərindən sonra Azərbaycan ərazisinə buraxılır.

Qeyd edək ki, Qoşatəpə sərhəd-keçid məntəqəsində ölkə ərazisinə daxil olan bütün vətəndaşlar da müayinə olunur. Bu müayinələr təkcə "donuz qripi"nin deyil, digər yoluxucu xəstəliklərin qarşısını almaq məqsədi daşıyır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR