“Nar” daha bir müsabiqənin qaliblərini mükafatlandırıb

“Nar” daha bir müsabiqənin qaliblərini mükafatlandırıb
# 29 mart 2016 13:28 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. İntellektual yarışlar və bilik müsabiqələrini hər zaman dəstəkləyən “Nar” daha bir onlayn müsabiqənin sponsoru olub.

Mobil operatordan “APA-Economics”ə verilən məlumata görə, belə ki, mobil operator “Məktəb icmaları” tərəfindən təşkil edilən “Ailə hekayəmdən” müsabiqəsini dəstəkləyib. Yarışın qaydalarına əsasən, öz ailəsinin tarixçəsindən ən maraqlı, parlaq, rəngarəng və vacib hadisələri qələmə alaraq, “Məktəb icmaları”na təqdim edən və onlayn müsabiqəyə qatılan hər bir məktəbli mobil operatordan dəyərli hədiyyələr qazanmaq fürsəti əldə edirdi.

“Məktəb icmaları” iştirakçıları arasında ən çox “like” toplayan müsabiqə iştirakçısı “Nar” tərəfindən smartfon, digər qaliblər isə mobil operator tərəfindən stimullaşdırıcı hədiyyələrlə təltif ediliblər.

“Nar” tərəfindən “Məktəb icmaları”na göstərilən dəstəyin məqsədi şagirdlərin məktəbdənkənar əlavə bilik və bacarıqlarının inkişaf etdirilməsidir. “Nar” özünün korporativ sosial məsuliyyət strategiyası çərçivəsində təhsil, idman və mədəniyyət layihələrini dəstəkləməyə davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR