Azərbaycanın "Eurovision" təmsilçisinin ifa edəcəyi mahnı həftə sonunda təqdim olunacaq

Azərbaycanın "Eurovision" təmsilçisinin ifa edəcəyi mahnı həftə sonunda təqdim olunacaq
# 10 mart 2016 10:42 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. ““Eurovision - 2016” Mahnı Müsabiqəsində Azərbaycanı təmsil edəcək Səmra Rəhimli və onun ifa edəcəyi mahnı İctimai Televiziya və Radio Yayımları tərəfindən keçirilmiş daxili və gizli səsvermə, o cümlədən 100 televiziya, musiqi eksperti və Avropanın 35 ölkəsindən olan “Eurovision” azərkeşinin rəyi əsasında seçilib”.

Bunu APA-ya İTV-dən bildiriblər. Onun sözlərinə görə, 21 yaşlı S. Rəhimli hələ 2012-ci ilin “Eurovision” Mahnı Müsabiqəsinin Milli Seçim turunda iştirak edib, o dövrdə ictimaiyyətin diqqətini özünə cəlb edə bilsə də, Azərbaycanı təmsil etmək hüququnu əldə edə bilməyib: “Səmra Rəhimli bundan sonra müxtəlif ölkələrdə keçirilən müsabiqələrdə iştirak edib və daha da püxtələşib. Belə ki, 2015-ci ildə Səmra “O səs Türkiyə” layihəsində dörddə bir finala qədər irəliləyib, 2016-cı ilin mart ayında isə “Səs Azərbaycan” müsabiqəsinin ilk mövsümünün finalçısına çevrilib”.

İTV-dən əlavə ediblər ki, S. Rəhimlinin ifa edəcəyi mahnının rəsmi olaraq təqdimatı bu həftənin sonunda olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR