Əfsanəvi qapıçı karyerasını başa vurub

Əfsanəvi qapıçı karyerasını başa vurub
# 07 dekabr 2015 07:51 (UTC +04:00)

Bakı – APA. Əfsanəvi qapıçı Rojerio Seni karyerasını başa vurub. Apasport.az saytının məlumatına görə, dünyanın ən məhsuldar qolkiperi bu addımı 42 yaşında atıb.

Karyerası boyu “San-Paulu” klubunda 131 qola imza atan Seni xeyli əvvəldən mövsümün sonunda karyerasını bitirəcəyini elan etmişdi. Bu üzdən dünən “Qoyas”a qarşı keçirilən oyunun onun üçün sonuncu olacağı bəlli idi. Rojerio komandasının 1:0 hesabı ilə qalib gəldiyi görüşdə meydana çıxmayıb.

Qeyd edək ki, karyerasına 1992-ci ildə başlayan qapıçı çıxış etdiyi komandalarla ümumilikdə 20 mükafat qazanıb. 2008-ci ildə ölkəsinin ən yaxşı futbolçusu seçilən Seni Braziliya millisi ilə 2002-ci ildə dünya çempionu, 1997-ci ildə Konfederasiyalar kubokunun qalibi adını qazanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR