Qubada zəncirvari qəza baş verib, xəsarət alanlar var

Qubada zəncirvari qəza baş verib, xəsarət alanlar var
# 28 sentyabr 2016 18:07 (UTC +04:00)

Quba. Vəli Turan – APA. Quba rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Quba yolunun Paşaoba kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Xaçmaz rayon sakini Ayaz Xankişiyevin idarə etdiyi "VAZ-21099" markalı avtomobil Bakı şəhər sakini Afiq Abdullayevin idarə etdiyi “İveco” markalı yük maşınına çırpılıb. Bunun ardınca minik avtomobili Quba sakini Kamal Həsənovun idarə etdiyi "Volkswagen" markalı avtomobillə toqquşub. Nəticədə "VAZ-21099" markalı avtomobilin sürücüsü Ayaz Xankişiyev və sərnişini, 21 yaşlı Dövlət Xankişiyev xəsarət alıb. Xəsarət alanlar Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlara lazımi tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR