MM-də “Meliorasiya və irriqasiya haqqında” qanuna dəyişikliklər müzakirə olunub

MM-də “Meliorasiya və irriqasiya haqqında” qanuna dəyişikliklər müzakirə olunub
# 26 yanvar 2018 11:31 (UTC +04:00)

Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında “Meliorasiya və irriqasiya haqqında” qanuna dəyişikliklər müzakirə olunub.

APA-nın məlumatına görə, layihəyə dəyişiklik texniki xarakterli olub, 25-ci maddədə “pullu” sözü “ödənişli” sözü ilə əvəzlənir.

Layihə səsə qoyularaq plenar iclasa tövsiyə olunub.

Sonra yaz sessiyası üçün komitənin iş planı açıqlanıb. Bildirilib ki, yaz sessiyasında “Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında” qanun layihəsi müzakirəyə çıxarılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR