Magistratura səviyyəsinə qəbul imtahanının II mərhələsi başa çatıb - YENİLƏNİB

Magistratura səviyyəsinə qəbul imtahanının II mərhələsi başa çatıb - <span style="color: red;">YENİLƏNİB
# 03 iyun 2018 12:41 (UTC +04:00)

Dövlət İmtahan Mərkəzi (DİM) 2018-ci il iyunun 3-də 2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının ikinci mərhələsini keçirib.

DİM-dən APA-ya verilən məlumata görə, imtahan Bakı, Naxçıvan və Gəncə şəhərlərində, ümumilikdə 25 imtahan mərkəzində aparılıb.

İmtahan bütün binalarda eyni vaxtda - saat 12:00-da başlanıb və sualların cavablandırılmasına 1 saat 30 dəqiqə vaxt ayrılıb. İmtahanın idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib. Müntəzəm olaraq imtahan keçirilən binalarla əlaqə saxlanılıb. İmtahan bütün mərkəzlərdə təlimata uyğun keçirilib, bakalavrların öz bilik və bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

İyunun 4-dən etibarən DİM-də imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. İmtahan nəticələrinin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur.

***

saat 10.00

Bu gün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının ikinci mərhələsi keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən APA-ya verilən məlumata görə, imtahan Bakı, Naxçıvan və Gəncə şəhərlərində, ümumilikdə 25 imtahan binasında aparılacaq.

İmtahan bütün binalarda eyni vaxtda – saat 12:00-da başlayacaq və sualların cavablandırılmasına 1 saat 30 dəqiqə vaxt ayrılacaq.

İkinci mərhələdə bakalavrlara seçdikləri proqram üzrə 5-i açıq tipli olmaqla 50 test tapşırığı təqdim olunacaq (bəzi proqramlar üzrə isə bakalavrlar yazılı, bəziləri üzrə qabiliyyət imtahanı verəcəklər). Hər düzgün cavab bir balla qiymətləndiriləcək. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.

Qəbul imtahanının birinci mərhələsinin nəticələrinə görə müsabiqə şərtlərini ödəyən bakalavrların proqram seçimi 2018-ci il mayın 7-dən 17-dək aparılıb və 8183 nəfər qəbul proqramını seçərək təsdiqləyib.

İmtahanın idarə olunmasına 81 imtahan rəhbəri, 786 nəzarətçi-müəllim ayrılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR