Xudat-Qusar yolunda minik avtomobili ağaca çırpılıb.
APA-nın Şimal bürosu xəbər verir ki, Xaçmaz rayon sakini İ.Rəhimovun idarə etdiyi "Volvo" markalı minik avtomobili idarəetmədən çıxaraq ağaca çırpılıb. Nəticədə sürücü və sərnişini Z.Surxayeva müxtəlif dərəcəli xəsarətlər alıb. Onlar xəstəxanaya yerləşdirilib, müvafiq tibbi yardım göstərilir.
Faktla bağlı araşdırma aparılır.