Azərbaycanda tütün məmulatlarının istehsalı 58% azalıb

Azərbaycanda tütün məmulatlarının istehsalı 58% azalıb
# 18 aprel 2017 08:04 (UTC +04:00)

2017-ci ilin yanvar-mart aylarında emal sənayesində 2,3 mlrd. manatlıq məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, əvvəlki ilin yanvar-mart ayları ilə müqayisədə tütün məmulatlarının istehsalında 58,1% azalma, qida məhsullarının istehsalında 3,4%, içki istehsalında isə 37,1% artım müşahidə olunub.

Bu sahələrin əsas məhsullarından pendir və kəsmik istehsalı 2,7%, qaymaq və xama istehsalı 1,5%, kolbasa məmulatlarının istehsalı 3,5 dəfə, marqarin istehsalı 16,8%, duru bitki yağlarının istehsalı 20,4%, cem və marmeladların istehsalı 2,3%, alkoqolsuz içkilərin istehsalı 61,9%, pivə istehsalı 89% artıb, bununla yanaşı qənd istehsalı 10,7%, kərə yağı istehsalı 2,2% azalıb.

Toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 62,8 mln. manat dəyərində məhsul istehsal edilib, əvvəlki ilin yanvar-mart ayları ilə müqayisədə toxuculuq sənayesində 2,4 dəfə, geyim istehsalında 2 dəfə artım, dəri və dəridən məmulatlar, ayaqqabı istehsalında isə 54% azalma müşahidə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR