Vətəndaşları BP-yə işə düzəltmək adi ilə dələduzluq edən şəxs 7 il müddətinə azadlıqdan məhrum edilib

Vətəndaşları BP-yə işə düzəltmək adi ilə dələduzluq edən şəxs 7 il müddətinə azadlıqdan məhrum edilib
# 30 may 2018 10:47 (UTC +04:00)

Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət etməyə təhrik etməkdə və dələduzluqda təqsirləndirilən Seymur Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, S. Əhmədov 7 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, təqsirləndirilən şəxs BP şirkətinə sürücü kimi işə düzəltmək adı ilə 17 nəfər zərərçəkmiş şəxsə ümumilikdə 59 min manat məbləğində ziyan vurub.

Həbs edilən S. Əhmədov barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR