Məhkəmə iki nəfərin öldüyü yol qəzasına görə həbs olunan avtobus sürücüsünə bəraət verib

Məhkəmə iki nəfərin öldüyü yol qəzasına görə həbs olunan avtobus sürücüsünə bəraət verib
# 14 sentyabr 2017 11:57 (UTC +04:00)

Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Şəmsəddin Nəcəfovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Ş. Nəcəfov barəsində bəraət hökmü çıxarılıb.

Məhkəmə onun əməlində cinayət tərkibi olmadığını və yol-hərəkəti qaydasını pozmadığını müəyyən edib.

Qeyd edək ki, hadisə 2016-cı ilin iyunun 26-da saat 21 radələrində Sumqayıt şəhərinin Sülh küçəsində Ramil Tahirovun idarə etdiyi “Hyundai” markalı və şəhər sakini Şəmsəddin Nəcəfovun 3 saylı xətt üzrə idarə etdiyi “İsuzu” markalı avtomobillər toqquşub. Nəticədə R.Tahirov və sərnişinlərindən Əzizə Əzimova hadisə yerində ölüb, digər 2 sərnişin isə xəstəxanaya yerləşdirilib.

Polis əməkdaşı olan Ramin Tahirov Sumqayıt şəhər Dövlət Yol Polisi Şöbəsində çalışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR