Deputat Naxçıvan-Gəncə aviareysinin yenidən açılmasını zəruri sayır

Deputat Naxçıvan-Gəncə aviareysinin yenidən açılmasını zəruri sayır
# 16 mart 2018 15:11 (UTC +04:00)

“Naxçıvan-Gəncə aviareysinin yenidən açılması sosial zərurətə çevrilib”.

APA-nın məlumatına görə, bu təkliflə Milli Məclisin bu gün keçirilən iclasında hökumətin hesabatının müzakirəsi zamanı deputat Naqif Həmzəyev çıxış edib.

O qeyd edib ki, reysin açılması tələbələr başda olmaqla, xeyli insanın iki bölgə arasında gəliş-gedişini, eyni zamanda bölgələrarası əlaqələri daha da asanlaşdıracaq.

Deputat Azərbaycanda hər il şərab festivalının keçirilməsinə dövlət dəstəyinin verilməsini də təklif edib, bunun turizmin inkişafında vacib amil olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR