Rusiyada məktəb avtobusu minik avtomobili ilə toqquşub, ölən və yaralananlar var

Rusiyada məktəb avtobusu minik avtomobili ilə toqquşub, ölən və yaralananlar var
# 07 noyabr 2017 18:47 (UTC +04:00)

Rusiyanın Krasnodar diyarında ağır yol qəzası baş verib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, məktəb avtobusunun minik avtomobili ilə toqquşması nəticəsində 1 nəfər ölüb, 13 nəfər xəstəxanaya yerləşdirilib.

İlkin məlumata əsasən, qəza zamanı minik avtomobilinin sürücüsü ölüb. Xəsarət alanların vəziyyəti orta-ağır kimi qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR