Oğuzda usta elektrik cərəyanı vurması nəticəsində ölüb

Oğuzda usta elektrik cərəyanı vurması nəticəsində ölüb
# 20 iyul 2018 09:56 (UTC +04:00)

Oğuzda usta bədbəxt hadisə nəticəsində ölüb.

APA-nın Şəki-Zaqatala bürosunun verdiyi məlumata görə, hadisə rayonun məcburi köçkünlər üçün salınmış “Azərbaycan 60” qəsəsbəsində qeydə alınıb.

Qəsəbə sakini Hidayət Əliyevin həyətində usta işləyən rayonun Top kənd sakini, 1958-ci il təvəllüdlü Nazim Məcnun oğlu Qurbanəliyev elektrik cəryanı vurması nəticəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR